- Dünya çempionatı
- 23:12 09.07.2026
Belçika millisinin sabiq futbolçusu Eden Hazard 2026-cı il dünya çempionatının ən məhsuldar oyunçusunun kim olacağı barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "derbyderbyderby.it" sabiq futbolçunun dediklərini belə çatdırıb.
"Məncə, dünya çempionatının sonunda ən çox qol vuran futbolçu Kilian Mbappe olacaq. Amma Usman Dembeleni də unutmaq olmaz. O da komandası üçün ən azı digərləri qədər vacib futbolçudur", - deyə Hazard bildirib.
Qeyd edək ki, hazırda turnirin bombardiri adına Norveç millisinin hücumçusu Erlinq Holann, Argentina millisinin kapitanı Lionel Messi və Fransa millisinin ulduzu Kilian Mbappe namizədlər sırasında yer alırlar.
Dünya çempionatı iyulun 19-dək davam edəcək. Bu gün turnirin ilk 1/4 final qarşılaşmasında Fransa və Mərakeş milliləri üz-üzə gələcəklər.