24 avqust 2026. Bazar ertəsi

"Belçika dünya çempionu ola bilər"


"Belçika dünya çempionu ola bilər"

Belçika millisinin sabiq futbolçusu Eden Hazard 2026-cı il dünya çempionatının 1/4 final mərhələsində İspaniyaya qarşı keçiriləcək oyun barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, 35 yaşlı sabiq futbolçu həmyerlilərinin bu görüşdə qalib gələrək turnirin finalına qədər irəliləyə biləcəyinə inandığını bildirib.

"Millimizin futbolçularına inanıram. Düşünürəm ki, Belçika finala yüksələ bilər. Bu, asan olmayacaq, amma komandamıza güvənirəm. Əgər bu baş verməsə, onda dünya çempionluğu üçün favoritim İspaniyadır", - deyə Hazard bildirib.

Qeyd edək ki, bu gün dünya çempionatının ilk 1/4 final qarşılaşmasında Fransa və Mərakeş milliləri üz-üzə gələcəklər.







Dünya çempionatı

“O, tarixdə ən yaxşı futbolçudur”
  • Dünya çempionatı
  • 23:59 19.08.2026
“O, tarixdə ən yaxşı futbolçudur”