24 avqust 2026. Bazar ertəsi

Eden Hazard dünyanın ən yaxşı qapıçısının adını açıqladı


Eden Hazard dünyanın ən yaxşı qapıçısının adını açıqladı

Belçika millisinin sabiq hücumçusu Eden Hazard dünya futbolunun ən yaxşı qapıçısının kim olduğunu açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, o, bu ada həmyerlisi və Madrid "Real"ındakı keçmiş komanda yoldaşı Tibo Kurtuanı layiq görüb.

"O, dünyanın ən yaxşı qapıçısıdır və bunu dəfələrlə sübut edib. Tibonun inanılmaz refleksləri, yüksək ustalığı var. Boyu hündür olsa da, ayaqla oyunda da çox uğurludur", - deyə Hazard bildirib.

Qeyd edək ki, Belçika millisi 2026-cı il dünya çempionatının 1/4 final mərhələsində İspaniya ilə qarşılaşacaq.

Belçikanın dünya çempionatlarındakı ən yaxşı nəticəsi 1986 və 2018-ci illərdə yarımfinala yüksəlməsi olub.







Dünya çempionatı

“O, tarixdə ən yaxşı futbolçudur”
  • Dünya çempionatı
  • 23:59 19.08.2026
“O, tarixdə ən yaxşı futbolçudur”