25 avqust 2026. Çərşənbə axşamı

Misir millisinin baş məşqçisi ilə bağlı qərar verildi


Misir millisinin baş məşqçisi ilə bağlı qərar verildi

Misir Futbol Federasiyası milli komandanın baş məşqçisi Hossam Hassanla müqavilənin uzadılması barədə razılıq əldə olunduğunu açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, 59 yaşlı mütəxəssislə yeni müqavilənin 2030-cu ilədək nəzərdə tutulduğu bildirilir.

Federasiyanın yaydığı bəyanatda qeyd olunub ki, müqavilənin rəsmiləşdirilməsi ilə bağlı bütün prosedurlar milli komanda vətənə qayıtdıqdan sonra həyata keçiriləcək.

Hossam Hassan 2026-cı il dünya çempionatında Misir millisinə rəhbərlik edib. Komanda turnirin 1/8 final mərhələsində Argentinaya 2:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, Misir mətbuatının məlumatına əsasən, yeni müqavilə 2030-cu ilə qədər qüvvədə olacaq.







Dünya çempionatı

“O, tarixdə ən yaxşı futbolçudur”
  • Dünya çempionatı
  • 23:59 19.08.2026
“O, tarixdə ən yaxşı futbolçudur”