- Dünya çempionatı
- 23:58 09.07.2026
Fransa millisinin baş məşqçisi Didye Deşam dünya çempionatının 1/4 final mərhələsində Mərakeşə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının hücumda daha dəqiq və məhsuldar çıxış etməsinin vacibliyini vurğulayıb.
"Biz hücumda imkanlardan maksimum yararlanmalıyıq. Hər iki komandanın bütün mövqelərdə güclü tərəfləri var. Hücumda təsirli oynayırıq, amma bu baxımdan daha yaxşı çıxış edə bilərdik. Bəzən altı qol imkanı yaradırsan və cəmi iki qol vurursan, bəzən isə iki fürsət əldə edib hər ikisini qola çevirirsən. Əsas məsələ yaranan imkanlardan düzgün istifadə etməkdir", - deyə Deşam bildirib.
Qeyd edək ki, Fransa millisi turnirdə indiyədək vurduğu 14 qolla ən məhsuldar komanda hesab olunur. Fransa - Mərakeş qarşılaşması dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək.