11 avqust 2026. Çərşənbə axşamı

"Böyük ümidlərimiz var idi"


"Böyük ümidlərimiz var idi"

Portuqaliya millisinin yarımmüdafiəçisi Bruno Fernandeş komandasının 2026-cı il dünya çempionatındakı uğursuz çıxışından sonra azarkeşlərə müraciət edib.

90deqiqe.Az xəbər verir ki, təcrübəli futbolçu sosial şəbəkə hesabında paylaşdığı açıqlamada komandanın nəticədən dərin məyusluq hissi keçirdiyini bildirib.

"Kədər, məyusluq və boşluq hissi yaşayırıq. Bu komanda mənə böyük ümidlər verirdi. Təkcə futbolçuların ustalığına görə deyil, illər ərzində yaratdığımız möhtəşəm kollektivə görə də buna inanırdım. Bütün futbolçulara, məşqçilər heyətinə və hər gün bizim yanımızda olan, bizə dəstək verən əməkdaşlara təşəkkür edirəm. Bizi dəstəkləyən və inanan bütün portuqaliyalılara sonsuz minnətdaram", - deyə Fernandeş yazıb.

Qeyd edək ki, Portuqaliya yığması 1/8 final mərhələsində İspaniyaya 0:1 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

Əlavə edək ki, Portuqaliya millisi növbəti dəfə sentyabr ayının sonunda bir araya gələcək.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər