- Dünya çempionatı
- 23:58 09.07.2026
İngiltərə millisinin yarımmüdafiəçisi Morgan Rocers Cud Bellinqemin artıq əldə etdiyi uğurlara baxmayaraq, daha da inkişaf edə biləcəyini bildirib.
90deqiqe.Az xəbər verir ki, Rocers komanda yoldaşının karyerasının ən yaxşı dövrünün hələ qarşıda olduğunu vurğulayıb.
"Əlbəttə, o, daha yaxşı və daha yetkin futbolçu ola bilər. Onun karyerasının zirvəsi hələ qarşıdadır. Məhz bu məqam onu xüsusi edir - belə gənc yaşda qazandığı nailiyyətlər inanılmazdır", - deyə Rocers bildirib.
"Onun nə qədər gənc olduğunu, səviyyəsinin nə qədər yüksək olduğunu bəzən unudursan. Amma mən yenə də düşünürəm ki, onun inkişaf edəcəyi çox sahə var və yəqin ki, özü də bununla razılaşar. Onun inanılmaz motivasiyası və daha böyük uğurlar qazanmaq istəyi var.
O anlayır ki, üzərində işləməli olduğu məqamlar mövcuddur. Bu, hamımız üçün belədir. Məhz buna görə onun nə qədər irəli gedə biləcəyini görmək çox maraqlıdır. Onun əldə edə biləcəklərinin həddi yoxdur", - deyə Rocers qeyd edib.
Qeyd edək ki, "Real"ın yarımmüdafiəçisi Cud Bellinqem İngiltərə millisinin dünya çempionatındakı çıxışının əsas simalarından biridir. O, Meksikaya qarşı keçirilən 1/8 final görüşündə dubl edərək komandasının 1/4 finala yüksəlməsinə kömək edib.