10 iyul 2026. Cümə

Sadio Mane milli karyerasını başa vurub?


Sadio Mane milli karyerasını başa vurub?

Sadio Mane Seneqal millisində karyerasını başa vurduğunu açıqlamayıb.

90deqiqe.Az-ın “L'Équipe”yə istinadən məlumatına görə, Seneqal millisinin hücumçusu Sadio Manenin yığmadakı karyerasını başa vurduğu ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.

Məlumata görə, futbolçunun adından yayılan saxta açıqlama süni intellekt vasitəsilə hazırlanıb. Mane isə milli komandadakı gələcəyi ilə bağlı hələlik heç bir rəsmi bəyanat verməyib.

Seneqal millisi 2026-cı il dünya çempionatının qrup mərhələsində Fransa yığmasına 1:3, Norveçə isə 2:3 hesabı ilə məğlub olub, İraqı isə 5:0 hesabı ilə darmadağın edib. Komanda turnirin 1/16 final mərhələsində Belçikaya 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Sadio Mane bu günədək Seneqal millisinin heyətində 130 oyunda meydana çıxıb və 54 qola imza atıb.







Dünya çempionatı

Sadio Mane milli karyerasını başa vurub?
  • Dünya çempionatı
  • 22:23 10.07.2026
Sadio Mane milli karyerasını başa vurub?