9 avqust 2026. Bazar günü

Fransa Mərakeşi məğlub edərək dünya çempionatında yarımfinala yüksəldi


Fransa Mərakeşi məğlub edərək dünya çempionatında yarımfinala yüksəldi

Futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinə start verilib.

90deqiqe.Az xəbər verir ki, ABŞ-nin Foksboro şəhərində yerləşən Boston stadionunda Fransa və Mərakeş milli komandaları üz-üzə gəliblər.

Argentinalı FIFA referisi Fakundo Telyonun idarə etdiyi qarşılaşma Fransa yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Avropa təmsilçisinin heyətində qolları 60-cı dəqiqədə Kilian Mbappe, 66-cı dəqiqədə isə Usman Dembele vurub.

Bu nəticə ilə Fransa millisi dünya çempionatının yarımfinalına vəsiqə qazanıb. Komanda növbəti mərhələdə İspaniya – Belçika cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər
"İnfantino istefa verməlidir"
  • Dünya çempionatı
  • 23:11 05.08.2026
"İnfantino istefa verməlidir"