11 iyul 2026. Şənbə

İsveçrə millisi Argentina ilə oyun öncəsi ciddi itki ilə üzləşdi


İsveçrə millisi Argentina ilə oyun öncəsi ciddi itki ilə üzləşdi

İsveçrə millisinin hücumçusu Yohan Manzambi 2026-cı il dünya çempionatının dörddəbir finalında Argentina yığmasına qarşı keçiriləcək oyunu da buraxacaq.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə İsveçrə millisinin baş məşqçisi Murat Yakin mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, yığmanın tibbi heyəti futbolçunun əvvəlki formasını bərpa etməsi üçün bütün imkanlardan istifadə etsə də, bu, kifayət etməyib.

Qeyd edək ki, Yohan Manzambi cari dünya çempionatında üç qol və iki məhsuldar ötürmə ilə ümumilikdə beş məhsuldar fəaliyyətə imza atıb. O, turnirdə İsveçrə millisinin ən sərrast futbolçusudur.

İsveçrə millisi dünya çempionatının dörddəbir finalında son dünya çempionu Argentina yığması ilə üz-üzə gələcək.







Dünya çempionatı

"Yamalın Messi ilə çox oxşar cəhətləri var"
  • Dünya çempionatı
  • 23:55 10.07.2026
"Yamalın Messi ilə çox oxşar cəhətləri var"
"Artıq 2014-cü ildəki komanda deyilik"
  • Dünya çempionatı
  • 23:40 10.07.2026
"Artıq 2014-cü ildəki komanda deyilik"
"Dünyanın zirvəsinə qayıdacağıq"
  • Dünya çempionatı
  • 23:31 10.07.2026
"Dünyanın zirvəsinə qayıdacağıq"