- Dünya çempionatı
- 23:59 10.07.2026
İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi braziliyalı futbolçu Neymar barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, "Mançester Yunayted"in sabiq futbolçusu Neymarı bəyəndiyini desə də, onu heç vaxt ən yüksək səviyyəli oyunçular sırasında görmədiyini bildirib.
"Mən Neymarı sevirəm, amma onu heç vaxt ən yüksək səviyyəli futbolçu hesab etməmişəm", – deyə Ueyn Runi qeyd edib.
Hazırda 34 yaşlı Neymar klub səviyyəsində Braziliyanın "Santos" komandasında çıxış edir. O, daha əvvəl Avropada "Barselona" və PSJ-nin formasını geyinib.
Neymar futbol tarixinin ən bahalı transferi rekordunu hələ də əlində saxlayır. PSJ 2017-ci ildə onun transferi üçün 222 milyon avro ödəyib.
Xatırladaq ki, Neymar bu yaxınlarda Braziliya millisinin dünya çempionatından kənarda qalmasından sonra göz yaşlarını saxlaya bilməmişdi.