25 avqust 2026. Çərşənbə axşamı

Yurgen Klopp ilk dəfə milli komandaya rəhbərlik edəcək


Yurgen Klopp ilk dəfə milli komandaya rəhbərlik edəcək

Yurgen Klopp yaxın vaxtlarda məşqçiliyə qayıdacaq və Almaniya millisinin baş məşqçisi olacaq.

90deqiqe.Az-ın məlumatına görə, Almaniya Futbol İttifaqı təcrübəli mütəxəssisin təyinatını rəsmən açıqlamağa hazırlaşır.

Bildirilib ki, Yurgen Klopp bu vəzifədə dünya çempionatının 1/16 final mərhələsində Paraqvaya məğlubiyyətdən sonra postunu tərk edən Yulian Nagelsmanı əvəzləyəcək.

Kloppun son iş yeri "Liverpul" olub. O, İngiltərə klubundan 2023/2024 mövsümünün sonunda ayrılıb.

Qeyd edək ki, almaniyalı mütəxəssis məşqçilik karyerası ərzində indiyədək heç vaxt milli komandaya rəhbərlik etməyib.







Dünya çempionatı

“O, tarixdə ən yaxşı futbolçudur”
  • Dünya çempionatı
  • 23:59 19.08.2026
“O, tarixdə ən yaxşı futbolçudur”