- Dünya çempionatı
- 23:59 10.07.2026
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente 2026-cı il dünya çempionatının dörddəbir finalında Belçikaya qarşı keçirəcəkləri oyun barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, Los-Ancelesdə təşkil olunan mətbuat konfransında çıxış edən mütəxəssis komandasının hazırda yalnız Belçika ilə qarşılaşmanı düşündüyünü bildirib.
"Belçika çox güclü komandadır. Onların futbolçuları İspaniya, İngiltərə, Portuqaliya, Fransa və Almaniyanın aparıcı klublarında çıxış edir. Onlar çempionluqlar qazanmağa və titul uğrunda mübarizə aparmağa öyrəşiblər. Bizi çox çətin oyun gözləyir", - deyə Luis de la Fuente bildirib.
Baş məşqçi hər iki komandanın təsadüfən dörddəbir finala yüksəlmədiyini vurğulayıb.
"Bu mərhələyə yüksəlmişiksə, deməli, hazırda dünyanın ən güclü səkkiz komandası sırasındayıq. Buna görə də indiyədək keçirdiyimiz ən çətin oyun bizi gözləyir. Belə qarşılaşmalarda favorit olmur. Favorit hesab edilmək qələbəyə zəmanət vermir. Biz bununla maraqlanmırıq. Belçikanı məğlub etmək üçün ən yaxşı oyunumuzu göstərməli olduğumuzu bilirik.
Əlbəttə, Fransa ilə Mərakeş arasındakı oyunu izləmişəm. Ancaq əvvəlcə Belçikanı məğlub etmədən yarımfinaldakı mümkün rəqib haqqında danışmağın mənası yoxdur. Hazırda gündəmimizdə yalnız Belçika ilə oyun var", - deyə o əlavə edib.