11 iyul 2026. Şənbə

"Dünyanın zirvəsinə qayıdacağıq"


"Dünyanın zirvəsinə qayıdacağıq"

Braziliya millisinin hücumçusu Vinisius Junior dünya çempionatındakı uğursuz çıxışdan sonra azarkeşlərə müraciət edib.

90deqiqe.Az-ın məlumatına görə, futbolçu sosial şəbəkə hesabında paylaşdığı açıqlamada yığmanın turniri erkən tərk etməsindən duyduğu məyusluğu ifadə edib.

"Təxminən dörd il sonra dünya çempionatındakı növbəti uğursuzluqdan sonra yenidən nə yazacağımı düşünürəm. Müxtəlif yaşlarda olan çox sayda insanın məni dəstəklədiyini və xəyalımızı bizimlə birlikdə yaşadığını gördüm. Susmaq onlara qarşı ədalətsizlik olardı. Amma hər şeyi dəyərləndirmək üçün mənə bir neçə gün lazım oldu.

Milli komandanın formasını geyinmək həyatımın ən böyük qürurudur. Dünya çempionatı ilə artıq 1/8 final mərhələsində vidalaşmaq isə sözlə ifadə edilməsi çətin olan hissdir. Mən çox hazırlaşmışdım, tam diqqətimi bu turnirə yönəltmişdim. Sizin və ailəmin qürur duyması üçün uğur qazanmağı çox istəyirdim. Məyusluq hissi məni bürüyüb.

Komandamız daha böyük uğurlara imza atacaq qədər güclü idi, amma bunu bacarmadıq. Buna görə üzr istəyirəm. Dünyanın zirvəsinə qayıtmaq xəyalımız uğrunda mübarizəni davam etdirəcəyəm", - deyə Vinisius Junior bildirib.

Qeyd edək ki, Braziliya millisi dünya çempionatının 1/8 final mərhələsində Norveçə 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.







Dünya çempionatı

"Yamalın Messi ilə çox oxşar cəhətləri var"
  • Dünya çempionatı
  • 23:55 10.07.2026
"Yamalın Messi ilə çox oxşar cəhətləri var"
"Artıq 2014-cü ildəki komanda deyilik"
  • Dünya çempionatı
  • 23:40 10.07.2026
"Artıq 2014-cü ildəki komanda deyilik"
"Dünyanın zirvəsinə qayıdacağıq"
  • Dünya çempionatı
  • 23:31 10.07.2026
"Dünyanın zirvəsinə qayıdacağıq"