25 avqust 2026. Çərşənbə axşamı

"Futbolda güclü auranın ən yaxşı nümunəsi Kriştiano Ronaldodur"


"Futbolda güclü auranın ən yaxşı nümunəsi Kriştiano Ronaldodur"

İspaniya millisinin cinah oyunçusu Lamin Yamal "aura" anlayışının onun üçün nə ifadə etdiyini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, "The Touchline" futbolçunun dediklərini belə çatdırıb.

"Güclü aura o deməkdir ki, insan harasa daxil olan kimi onun varlığını hiss edirsən. O, xüsusi təsir bağışlayır. Məsələn, filmə baxarkən elə bir aktyor görürsən ki, istər-istəməz heyran qalırsan. Bred Pitt buna yaxşı nümunədir. Futbolda isə belə şəxsiyyətə ən yaxşı nümunə Kriştianu Ronaldudur", - deyə Yamal bildirib.

Qeyd edək ki, İspaniya millisi dünya çempionatının dörddəbir final mərhələsində Belçika ilə qarşılaşacaq. Bu cütün qalibi yarımfinalda Fransa millisi ilə üz-üzə gələcək.







Dünya çempionatı

“O, tarixdə ən yaxşı futbolçudur”
  • Dünya çempionatı
  • 23:59 19.08.2026
“O, tarixdə ən yaxşı futbolçudur”