11 iyul 2026. Şənbə

"Artıq 2014-cü ildəki komanda deyilik"


"Artıq 2014-cü ildəki komanda deyilik"

İsveçrə millisinin kapitanı Qranit Caka Argentina ilə keçiriləcək dünya çempionatının dörddəbir final oyunu öncəsi komandasının bu dəfə daha güclü olduğunu bildirib.

90deqiqe.Az-ın məlumatına görə, baş məşqçi Murat Yakinlə birlikdə mətbuat konfransında iştirak edən təcrübəli yarımmüdafiəçi dünya çempionatının dörddəbir finalında oynamağın böyük imtiyaz olduğunu vurğulayıb.

"İlk dəfə 2014-cü ildə dünya çempionatında çıxış etmişdim. Həmin vaxt təcrübəsiz idim, indi isə vəziyyət tam fərqlidir. O vaxt Argentina ilə oyunda əlavə vaxtın son dəqiqələrində qol buraxdıq. Yaxşı çıxış etmişdik. On iki il sonra yenidən buradayıq və bu dəfə qalib gəlmək istəyirik.

Bu komanda əvvəlkindən fərqlidir. Başqa düşüncə tərzimiz var, güclü nəsil formalaşıb. İsveçrə futbolu inkişaf edib və Argentinaya çətin anlar yaşatmaq üçün əlimizdən gələni edəcəyik. Təkcə bu turnirdə deyil, son illərdə gördüyümüz işlərin nəticəsində daha da güclənmişik", - deyə Caka bildirib.

Kapitan Argentinanın fərqli oyun üslubuna malik olduğunu da qeyd edib.

"Rəqibi təhlil etmişik. Öz oyunumuzu oynamalı, çox hərəkət etməli, kollektiv çıxış etməli və etibarlı müdafiə olunmalıyıq. Eyni zamanda, uyğun məqamlarda təhlükəli hücumlar qurmağa çalışacağıq.

Biz yalnız meydandakı oyuna köklənmişik. Qələbələr bizi daha da motivasiya edir. Bu hissləri yaşamaq çox gözəldir. Argentina kimi böyük komandaya qarşı özümüzü göstərəcəyik. Artıq 2014-cü ildəki komanda deyilik, indi daha güclüyük və ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik", - deyə İsveçrə millisinin kapitanı əlavə edib.







Dünya çempionatı

"Yamalın Messi ilə çox oxşar cəhətləri var"
  • Dünya çempionatı
  • 23:55 10.07.2026
"Yamalın Messi ilə çox oxşar cəhətləri var"
"Artıq 2014-cü ildəki komanda deyilik"
  • Dünya çempionatı
  • 23:40 10.07.2026
"Artıq 2014-cü ildəki komanda deyilik"
"Dünyanın zirvəsinə qayıdacağıq"
  • Dünya çempionatı
  • 23:31 10.07.2026
"Dünyanın zirvəsinə qayıdacağıq"