11 iyul 2026. Şənbə

Gündə altı dəfə qidalanır, 300 dəfə jim edir - Holannın sirri


Gündə altı dəfə qidalanır, 300 dəfə jim edir  - Holannın sirri

2026-cı il dünya çempionatında vurduğu yeddi qolla Norveç millisini dörddəbir finala daşıyan Erlinq Holannın möhtəşəm çıxışının sirri məlum olub.

90deqiqe.Az-ın “The Sun”a istinadən məlumatına görə, turnir boyu fiziki gücü və məhsuldarlığı ilə rəqib müdafiəçilərə çətin anlar yaşadan 25 yaşlı hücumçunun uğurunun arxasında ciddi qidalanma və məşq rejiminin dayandığı bildirilir.

Erlinq Holann hər gün altı dəfə qidalanır və təxminən 6 000 kilokalori qəbul edir. Onun gündəlik qida rasionuna toyuq əti, mal əti, balıq, yumurta, makaron, tərəvəz, qaraciyər və digər daxili orqan məhsulları, təbii süd və bal daxildir.

Norveçli futbolçu yuxu rejiminə də xüsusi diqqət yetirir. O, yuxunu insan sağlamlığı üçün ən vacib amillərdən biri hesab edir. Holann yatmazdan əvvəl mavi işığı azaldan xüsusi eynəkdən istifadə edir, yuxu zamanı isə burunla nəfəs almağı təmin etmək üçün dodaqlarını xüsusi lentlə bağlayır.

Bundan əlavə, hücumçu hər gün 300 dəfə jim hərəkəti edir və 1 000 qarın əzələsi məşqi yerinə yetirir. O, həmçinin gündəlik buz vannası qəbul edir və saunadan istifadə edərək fiziki formasını qoruyur.







Dünya çempionatı

"Yamalın Messi ilə çox oxşar cəhətləri var"
  • Dünya çempionatı
  • 23:55 10.07.2026
"Yamalın Messi ilə çox oxşar cəhətləri var"
"Artıq 2014-cü ildəki komanda deyilik"
  • Dünya çempionatı
  • 23:40 10.07.2026
"Artıq 2014-cü ildəki komanda deyilik"
"Dünyanın zirvəsinə qayıdacağıq"
  • Dünya çempionatı
  • 23:31 10.07.2026
"Dünyanın zirvəsinə qayıdacağıq"