11 iyul 2026. Şənbə

Lamin Yamal dünya çempionatında tarixi rekorda imza atdı


Lamin Yamal dünya çempionatında tarixi rekorda imza atdı

İspaniya millisinin cinah oyunçusu Lamin Yamal 2026-cı il dünya çempionatının dörddəbir finalında Belçikaya qarşı oyuna start heyətində başlayıb.

90deqiqe.Az-ın “Opta”ya istinadən məlumatına görə, bu qarşılaşma 18 yaşlı futbolçu üçün dünya çempionatlarında altıncı oyun olub.

Statistika mütəxəssislərinin məlumatına görə, 18 yaş və ya daha gənc futbolçular arasında dünya çempionatlarında altı oyun keçirən ilk futbolçu məhz Lamin Yamaldır.

Qeyd edək ki, İspaniya – Belçika cütünün qalibi dünya çempionatının yarımfinal mərhələsində Fransa millisi ilə qarşılaşacaq.

Lamin Yamal cari dünya çempionatında indiyədək bir qola imza atıb. O, Səudiyyə Ərəbistanı millisinin qapısına yol tapmağı bacarıb.







Dünya çempionatı

"Yamalın Messi ilə çox oxşar cəhətləri var"
  • Dünya çempionatı
  • 23:55 10.07.2026
"Yamalın Messi ilə çox oxşar cəhətləri var"
"Artıq 2014-cü ildəki komanda deyilik"
  • Dünya çempionatı
  • 23:40 10.07.2026
"Artıq 2014-cü ildəki komanda deyilik"
"Dünyanın zirvəsinə qayıdacağıq"
  • Dünya çempionatı
  • 23:31 10.07.2026
"Dünyanın zirvəsinə qayıdacağıq"