- Dünya çempionatı
- 01:20 11.07.2026
"Barselona"nın sabiq futbolçusu və keçmiş baş məşqçisi Xavi Ernandes Lamin Yamal ilə Lionel Messi arasındakı oxşarlıqlardan danışıb.
90deqiqe.Az-ın məlumatına görə, onun sözlərinə görə, gənc hücumçunun Messi ilə müqayisə olunması təəccüblü deyil.
"Messi ilə müqayisələr qaçılmazdır. Çünki o, sol ayaqlıdır və Leonun son illərdə çıxış etdiyi eyni mövqedə – sağ cinahda oynayır. Mərkəzə doğru hərəkət edir, özü üçün qol vəziyyəti yaradır və həlledici ötürmələr verməyi bacarır. Bu baxımdan Leo ilə çox oxşar cəhətləri var", - deyə Xavi bildirib.
İspaniyalı mütəxəssisin fikrincə, hər iki futbolçunu birləşdirən ən vacib xüsusiyyət onların xarakteridir.
"Messi də, Yamal da özlərini ən yaxşı hesab edirlər. Lider futbolçu üçün bu keyfiyyət olduqca vacibdir", - deyə o əlavə edib.
Qeyd edək ki, 2026-cı il dünya çempionatında Argentina millisinin heyətində çıxış edən 39 yaşlı Lionel Messi səkkiz qol vurub. İspaniya millisinin və "Barselona"nın 18 yaşlı hücumçusu Lamin Yamal isə turnirdə hələlik bir dəfə fərqlənib.