11 iyul 2026. Şənbə

"Karyeramı bitirəndə ağır depressiya keçirdim"


"Karyeramı bitirəndə ağır depressiya keçirdim"

Braziliya futbolunun əfsanəsi Ronaldo karyerasını başa vurduqdan sonra keçirdiyi çətin günlərdən danışıb.

90deqiqe.Az-ın məlumatına görə, keçmiş hücumçunun sözlərinə görə, futbolla vidalaşmaq onun həyatında ən ağır dönəmlərdən biri olub.

"Karyeranı başa vurmaq qərarı verəndə elə hiss edirsən ki, sanki ən yaxın insanlarından birini itirmisən. Mən ağır depressiya keçirdim, xeyli çəki aldım. Futboldan ayrılmaq mənim üçün çox çətin idi. Bir daha meydana çıxmayacağımı düşünmək məni sarsıdırdı.

Sonradan başa düşürsən ki, həyatda futboldan başqa da məşğul olacağın sahələr var və özünü yenidən kəşf edə bilərsən. Amma artıq yarışmayacağını qəbul etmək fikri uzun müddət beynimdən çıxmadı", - deyə Ronaldo bildirib.

Qeyd edək ki, Ronaldo 2002-ci il dünya çempionatının finalında Almaniya millisinə qarşı keçirilən oyunda iki qol vuraraq Braziliyanın 2:0 hesablı qələbəsində həlledici rol oynamışdı.







Dünya çempionatı

FİFA final stadionunun otundan milyonlar qazanacaq
  • Dünya çempionatı
  • 01:20 11.07.2026
FİFA final stadionunun otundan milyonlar qazanacaq
"Yamalın Messi ilə çox oxşar cəhətləri var"
  • Dünya çempionatı
  • 23:55 10.07.2026
"Yamalın Messi ilə çox oxşar cəhətləri var"
"Artıq 2014-cü ildəki komanda deyilik"
  • Dünya çempionatı
  • 23:40 10.07.2026
"Artıq 2014-cü ildəki komanda deyilik"