11 iyul 2026. Şənbə

Tibo Kurtua zədələndi, meydanı göz yaşları ilə tərk etdi


Tibo Kurtua zədələndi, meydanı göz yaşları ilə tərk etdi

Belçika millisinin qapıçısı Tibo Kurtua 2026-cı il dünya çempionatının dörddəbir finalında İspaniyaya qarşı keçirilən oyunda zədələnərək meydanı tərk edib.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli qolkiper aldığı zədə səbəbindən qarşılaşmanı davam etdirə bilməyib. Onun əvəzinə 71-ci dəqiqədə Senne Lammens meydana daxil olub. Bu, gənc qapıçının cari dünya çempionatında ilk oyunu olub.

Görüşdə hesabı 30-cu dəqiqədə İspaniya millisinin yarımmüdafiəçisi Fabian Ruis açıb. Belçika yığmasının hücumçusu Şarl De Ketelare isə 41-ci dəqiqədə tarazlığı bərpa edib.

Xatırladaq ki, İspaniya millisi 1/8 final mərhələsində Portuqaliyanı 1:0, Belçika isə ABŞ-ni 4:1 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlib.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Turnirin final görüşü iyulun 19-da ABŞ-nin İst-Raterford şəhərində baş tutacaq. Dünya çempionu titulunu isə Argentina millisi qoruyur.







Dünya çempionatı

FİFA final stadionunun otundan milyonlar qazanacaq
  • Dünya çempionatı
  • 01:20 11.07.2026
FİFA final stadionunun otundan milyonlar qazanacaq
"Yamalın Messi ilə çox oxşar cəhətləri var"
  • Dünya çempionatı
  • 23:55 10.07.2026
"Yamalın Messi ilə çox oxşar cəhətləri var"
"Artıq 2014-cü ildəki komanda deyilik"
  • Dünya çempionatı
  • 23:40 10.07.2026
"Artıq 2014-cü ildəki komanda deyilik"