14 avqust 2026. Cümə

İspaniya Belçikanı məğlub edərək yarımfinala yüksəldi


İspaniya Belçikanı məğlub edərək yarımfinala yüksəldi

2026-cı il dünya çempionatının dörddəbir final mərhələsində İspaniya millisi Belçikanı 2:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

90deqiqe.Az-ın məlumatına görə, ABŞ-nin İnqlvud şəhərində keçirilən qarşılaşmada hesabı 30-cu dəqiqədə İspaniya millisinin yarımmüdafiəçisi Fabian Ruis açıb. Belçika yığmasının hücumçusu Şarl De Ketelare 41-ci dəqiqədə tarazlığı bərpa edib.

Oyunun 71-ci dəqiqəsində Belçika millisinin qapıçısı Tibo Kurtua zədə səbəbindən əvəzlənib. Onun əvəzinə meydana Senne Lammens daxil olub.

İspaniyaya qələbə qazandıran qolu isə 88-ci dəqiqədə Mikel Merino vurub. Bu qol Belçika qapıçısı Senne Lammensin kobud səhvindən sonra qeydə alınıb.

Beləliklə, İspaniya millisi iyulun 14-də keçiriləcək dünya çempionatının yarımfinalında Fransa ilə qarşılaşacaq.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Turnirin final oyunu iyulun 19-da ABŞ-nin İst-Raterford şəhərində baş tutacaq. Hazırkı dünya çempionu Argentina millisidir.







Dünya çempionatı