- Dünya çempionatı
- 01:20 11.07.2026
Belçika millisinin qapıçısı Senne Lammens 2026-cı il dünya çempionatının dörddəbir finalında İspaniyaya qarşı oyunda kobud səhvə yol verərək komandasının məğlubiyyətinə səbəb olub.
90deqiqe.Az-ın məlumatına görə, İspaniya millisinin qələbə qolunu 88-ci dəqiqədə yarımmüdafiəçi Mikel Merino vurub. Təcrübəsiz qolkiperin səhvindən yararlanan ispanlar hesabda önə keçərək yarımfinala vəsiqə qazanıblar.
Senne Lammens meydana zədə alan Tibo Kurtuanı əvəzləmək üçün daxil olub. Bu qarşılaşma onun cari dünya çempionatında Belçika millisinin heyətində ilk oyunu olub.
Görüşdə hesabı 30-cu dəqiqədə Fabian Ruis açıb. Şarl De Ketelare isə 41-ci dəqiqədə Belçikanın bərabərlik qoluna imza atıb.
Xatırladaq ki, İspaniya millisi 1/8 finalda Portuqaliyanı 1:0, Belçika isə ABŞ-ni 4:1 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlmişdi.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Turnirin finalı iyulun 19-da ABŞ-nin İst-Raterford şəhərində baş tutacaq. Hazırkı dünya çempionu Argentina millisidir.