11 iyul 2026. Şənbə

FİFA final stadionunun otundan milyonlar qazanacaq


FİFA final stadionunun otundan milyonlar qazanacaq

FIFA 2026-cı il dünya çempionatının final oyununun keçiriləcəyi Nyu-York–Nyu-Cersi stadionunun qazonunu kiçik hissələr şəklində satışa çıxaracaq.

90deqiqe.Az-ın məlumatına görə, qətranın içərisində xüsusi qaydada qorunacaq qazon hissələrinin qiyməti 450 ABŞ dollarından başlayacaq. Məhsullar iyulun 19-da keçiriləcək final qarşılaşmasından sonra alıcılara göndəriləcək və yalnız ABŞ, Böyük Britaniya və Avropa ölkələrinə çatdırılacaq.

Qazon hissələri 450, 900, 1200 və 3000 ABŞ dolları dəyərində dörd fərqli seçimlə təqdim olunacaq. Hər kateqoriya üzrə 2 026 ədəd məhsul hazırlanacağı, bütün məhsullar satılacağı təqdirdə isə 11,2 milyon ABŞ dollarından çox gəlir əldə ediləcəyi bildirilib.

Ən bahalı - 3000 ABŞ dolları dəyərində olan dəstə qızıl işləməli metal xatirə bileti, dünya çempionatının final topunun kiçildilmiş surəti və büllur işləməli şüşədən hazırlanmış dünya çempionatı kubokunun xatirə nümunəsi də daxildir.

 







Dünya çempionatı

FİFA final stadionunun otundan milyonlar qazanacaq
  • Dünya çempionatı
  • 01:20 11.07.2026
FİFA final stadionunun otundan milyonlar qazanacaq
"Yamalın Messi ilə çox oxşar cəhətləri var"
  • Dünya çempionatı
  • 23:55 10.07.2026
"Yamalın Messi ilə çox oxşar cəhətləri var"
"Artıq 2014-cü ildəki komanda deyilik"
  • Dünya çempionatı
  • 23:40 10.07.2026
"Artıq 2014-cü ildəki komanda deyilik"