11 iyul 2026. Şənbə

"Matçların taleyini o həll edir"


"Matçların taleyini o həll edir"

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel 2026-cı il dünya çempionatının dörddəbir finalında Norveçə qarşı keçiriləcək oyun öncəsi komandasının hələ də böyük hədəflər uğrunda mübarizə apardığını bildirib.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis Mayami şəhərində təşkil olunan mətbuat konfransında tam heyətlə məşq etdiklərini və bunun komanda üçün vacib üstünlük olduğunu deyib.

"Hələ də uğura acıq, hələ də xəyallarımız və uğrunda mübarizə apardığımız böyük məqsədimiz var. Növbəti hədəfimiz dörddəbir final mərhələsini adlamaqdır. Geridə qalan oyunu unutmalı, müsbət məqamları və özümüzə inamı qoruyub saxlamalıyıq. İndi bütün diqqətimiz sabahkı qarşılaşmadadır", - deyə Tomas Tuxel bildirib.

Baş məşqçi komandanın kapitanı Harri Keyn barədə də danışıb.

"Demək olar ki, hər oyundan sonra onun haqqında danışırıq. Çünki matçların taleyini həll edən futbolçu odur. O, bizim liderimiz, kapitanımızdır və davranışı ilə komandaya nümunə göstərir. Hazırda karyerasının ən yüksək səviyyəsindədir və bu, bizə çox kömək edir. O, əsl komanda oyunçusudur, hər zaman liderlik etməyə və komanda yoldaşlarını motivasiya etməyə hazırdır", - deyə Tuxel vurğulayıb.







Dünya çempionatı

"Bizi müqayisə etmək düzgün deyil"
  • Dünya çempionatı
  • 18:43 11.07.2026
"Bizi müqayisə etmək düzgün deyil"
"Əsas məqsədim dünya çempionu olmaqdır"
  • Dünya çempionatı
  • 17:44 11.07.2026
"Əsas məqsədim dünya çempionu olmaqdır"
"Matçların taleyini o həll edir"
  • Dünya çempionatı
  • 17:41 11.07.2026
"Matçların taleyini o həll edir"
FİFA final stadionunun otundan milyonlar qazanacaq
  • Dünya çempionatı
  • 01:20 11.07.2026
FİFA final stadionunun otundan milyonlar qazanacaq