11 iyul 2026. Şənbə

"Əsas məqsədim dünya çempionu olmaqdır"


"Əsas məqsədim dünya çempionu olmaqdır"

İngiltərə millisinin kapitanı Harri Keyn Norveçə qarşı keçiriləcək dünya çempionatının dörddəbir final oyunu öncəsi rəqibə qarşı ən yüksək səviyyədə çıxış etməli olduqlarını bildirib.

90deqiqe.Az-ın məlumatına görə, futbolçu bu barədə jurnalistlərə açıqlamasında deyib.

"Təbii ki, bizi çox çətin qarşılaşma gözləyir. Norveç son illərdə nə qədər təhlükəli komanda olduğunu sübut edib. Onlar da bu dünya çempionatında əla çıxış edirlər", - deyə təcrübəli hücumçu vurğulayıb.

Harri Keyn 1/8 finalda Meksika üzərində qazanılan 3:2 hesablı qələbəni də dəyərləndirib:

"Yaxşı qələbədən sonra bu oyuna gəlirik. Amma hələ də inkişaf etdirməli olduğumuz məqamlar var. İndi dünya səhnəsində, belə vacib oyunda əsl komanda olduğumuzu göstərmək istəyirik. Bütün diqqətimiz sabahkı matçdadır".

Turnirin bombardiri adına mübarizəyə münasibət bildirən Keyn əsas məqsədinin fərdi mükafat yox, dünya çempionluğu olduğunu deyib.

"Bu turnirdə ən güclü hücumçular ardıcıl qollar vurur və oyunların taleyini həll edirlər. Belə rəqabət mənə əlavə motivasiya verir. Ancaq əsas məqsədim İngiltərə ilə dünya çempionu olmaqdır. Qol vurmaq komandama kömək edəcəksə, bunu etməyə hazıram", - deyə o qeyd edib.

Keyn Erlinq Holannla müqayisəsinə də münasibət bildirib.

"Bu suala cavab vermək mənim üçün çətindir. Biz tamamilə fərqli üslubda çıxış edən futbolçularıq. Holann inanılmaz bombardirdir, fiziki cəhətdən çox güclüdür və qol rekordları hər şeyi deyir. Mən isə oyunda daha çox iştirak etməyi, topa daha çox toxunmağı sevirəm. Bununla yanaşı, klassik mərkəz hücumçusu kimi də oynaya bilirəm. Ona böyük hörmətim var. Ümid edirəm ki, sabah onun üçün sakit gün olacaq", - deyə İngiltərə millisinin kapitanı əlavə edib.

Qeyd edək ki, İngiltərə ilə Norveç arasında dünya çempionatının dörddəbir final görüşü iyulun 13-nə keçən gecə keçiriləcək.







Dünya çempionatı

"Bizi müqayisə etmək düzgün deyil"
  • Dünya çempionatı
  • 18:43 11.07.2026
"Bizi müqayisə etmək düzgün deyil"
"Əsas məqsədim dünya çempionu olmaqdır"
  • Dünya çempionatı
  • 17:44 11.07.2026
"Əsas məqsədim dünya çempionu olmaqdır"
"Matçların taleyini o həll edir"
  • Dünya çempionatı
  • 17:41 11.07.2026
"Matçların taleyini o həll edir"
FİFA final stadionunun otundan milyonlar qazanacaq
  • Dünya çempionatı
  • 01:20 11.07.2026
FİFA final stadionunun otundan milyonlar qazanacaq