26 avqust 2026. Çərşənbə

Almaniya Futbol Federasiyası Kloppla razılıq əldə etdi


Almaniya Futbol Federasiyası Kloppla razılıq əldə etdi

Almaniya Futbol Federasiyası milli komandanın baş məşqçi postu ilə bağlı Yurgen Kloppla prinsipial razılıq əldə olunduğunu açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, qurumun prezidenti Bernd Noyendorf və vitse-prezidenti Hans-Yoaxim Vatske Nyu-Yorkda Yurgen Kloppla geniş tərkibli görüş keçiriblər. Tərəflər milli komandanın baş məşqçi vəzifəsinin mümkün təhvil verilməsi ilə bağlı əsas məsələləri müzakirə ediblər.

Bildirilib ki, görüş zamanı mümkün müqavilənin əsas şərtləri üzrə ilkin razılıq əldə olunub. Danışıqlar gələn həftə də davam etdiriləcək.

Federasiya həmçinin qeyd edib ki, Yurgen Kloppun hazırkı işəgötürəni ilə razılıq əldə ediləcəyi təqdirdə, danışıqların uğurla başa çatacağına hər iki tərəf nikbin yanaşır.

Mümkün müqavilənin qüvvəyə minməsi üçün isə Almaniya Futbol Federasiyasının Müşahidə Şurası və Təsisçilər Şurasının birgə iclasında yekun təsdiq verilməlidir.







Dünya çempionatı

“O, tarixdə ən yaxşı futbolçudur”
  • Dünya çempionatı
  • 23:59 19.08.2026
“O, tarixdə ən yaxşı futbolçudur”