11 iyul 2026. Şənbə

İngiltərə millisinə dörddəbir final öncəsi xoş xəbər


İngiltərə millisinə dörddəbir final öncəsi xoş xəbər

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel dünya çempionatının dörddəbir finalında Norveçə qarşı keçiriləcək oyun öncəsi zədəli futbolçuların son durumu barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssisin sözlərinə görə, yarımmüdafiəçi Deklan Rays, müdafiəçilər Mark Gehi və Ris Ceyms tam bərpa olunaraq komanda ilə birlikdə məşq ediblər.

"Bütün futbolçular məşqdə iştirak etdi. Bu, bizim üçün çox sevindirici xəbərdir. Heyəti seçmək üçün geniş imkanımız var. Yalnız cəzalı olan Carrell Kuansa bu oyunda iştirak edə bilməyəcək", – deyə Tomas Tuxel bildirib.

Qeyd edək ki, Ris Ceyms Qana ilə qrup mərhələsinin ikinci tur oyununda aldığı budun arxa əzələsinin zədəsindən sonra ilk dəfə komanda ilə məşqə qatılıb.

Daha əvvəl Deklan Raysın özünü narahat hiss etdiyi, Mark Gehinin isə budun arxa nahiyəsindəki narahatlıq səbəbindən fərdi proqram üzrə hazırlaşdığı bildirilirdi.







Dünya çempionatı

"Bizi müqayisə etmək düzgün deyil"
  • Dünya çempionatı
  • 18:43 11.07.2026
"Bizi müqayisə etmək düzgün deyil"
"Əsas məqsədim dünya çempionu olmaqdır"
  • Dünya çempionatı
  • 17:44 11.07.2026
"Əsas məqsədim dünya çempionu olmaqdır"
"Matçların taleyini o həll edir"
  • Dünya çempionatı
  • 17:41 11.07.2026
"Matçların taleyini o həll edir"
FİFA final stadionunun otundan milyonlar qazanacaq
  • Dünya çempionatı
  • 01:20 11.07.2026
FİFA final stadionunun otundan milyonlar qazanacaq