11 iyul 2026. Şənbə

"Bizi müqayisə etmək düzgün deyil"


"Bizi müqayisə etmək düzgün deyil"

İngiltərə millisinin hücumçusu Harri Keyn Norveç yığmasının ulduz futbolçusu Erlinq Holannla müqayisə olunmasına münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, dünya çempionatının dörddəbir finalında üz-üzə gələcək iki hücumçu barədə danışan Keyn Holannın dünyanın ən güclü futbolçularından biri olduğunu vurğulayıb.

"Erlinq inanılmaz futbolçudur. Fiziki cəhətdən əsl maşındır. Hücumları ən yüksək səviyyədə tamamlayır və vurduğu qolların statistikası hər şeyi deyir.

Mən isə fərqli üslubda çıxış edirəm. Eyni qolları vursam da, oyunun qurulmasında daha çox iştirak etməyi sevirəm. Düşünmürəm ki, bizi müqayisə etmək düzgündür. Mən ona həm futbolçu, həm də peşəkar kimi böyük hörmət bəsləyirəm. Əlbəttə, sabah onun uğursuz gün keçirməsini arzulayıram. Amma son illərdə göstərdiyi oyun özü haqqında hər şeyi deyir", - deyə Harri Keyn bildirib.

Qeyd edək ki, Erlinq Holann 2026-cı il dünya çempionatında keçirdiyi dörd oyunda yeddi qol vuraraq bombardirlər siyahısında üçüncü pillədə qərarlaşıb. Beş qarşılaşmada altı dəfə fərqlənən Harri Keyn isə dördüncü sırada yer alır.







Dünya çempionatı

"Bizi müqayisə etmək düzgün deyil"
  • Dünya çempionatı
  • 18:43 11.07.2026
"Bizi müqayisə etmək düzgün deyil"
"Əsas məqsədim dünya çempionu olmaqdır"
  • Dünya çempionatı
  • 17:44 11.07.2026
"Əsas məqsədim dünya çempionu olmaqdır"
"Matçların taleyini o həll edir"
  • Dünya çempionatı
  • 17:41 11.07.2026
"Matçların taleyini o həll edir"
FİFA final stadionunun otundan milyonlar qazanacaq
  • Dünya çempionatı
  • 01:20 11.07.2026
FİFA final stadionunun otundan milyonlar qazanacaq