11 iyul 2026. Şənbə

Dünya çempionatından qayıtmış futbolçu vəfat etdi


Dünya çempionatından qayıtmış futbolçu vəfat etdi

Cənubi Afrika Respublikasının millisinin və "Mamelodi Sandauns" klubunun futbolçusu Ceyden Adams 25 yaşında vəfat edib.

90deqiqe.Az-ın məlumatına görə, futbolçunun nümayəndələri ölüm faktını təsdiqləsələr də, hadisənin səbəbi barədə hələlik heç bir məlumat verilməyib.

"Bu xəbər hamını sarsıtdı. Cümə axşamı onunla danışmışdım. Dünya çempionatından qayıtdıqdan sonra çox nikbin idi və qarşıdakı çağırışlara hazırlaşırdı", – deyə futbolçunun məşqçisi Brendayn Conson bildirib.

"Mamelodi Sandauns" klubu isə hadisə ilə bağlı ətraflı açıqlama verməkdən imtina edib və futbolçunun ailəsinin şəxsi həyatına hörmətlə yanaşılmasını xahiş edib.

Qeyd edək ki, Ceyden Adams Cənubi Afrika Respublikası millisinin heyətində doqquz oyunda meydana çıxıb və bir qol vurub. Klub səviyyəsində isə Afrika Çempionlar Liqasının qalibi olub.







Dünya çempionatı

"Bizi müqayisə etmək düzgün deyil"
  • Dünya çempionatı
  • 18:43 11.07.2026
"Bizi müqayisə etmək düzgün deyil"
"Əsas məqsədim dünya çempionu olmaqdır"
  • Dünya çempionatı
  • 17:44 11.07.2026
"Əsas məqsədim dünya çempionu olmaqdır"
"Matçların taleyini o həll edir"
  • Dünya çempionatı
  • 17:41 11.07.2026
"Matçların taleyini o həll edir"
FİFA final stadionunun otundan milyonlar qazanacaq
  • Dünya çempionatı
  • 01:20 11.07.2026
FİFA final stadionunun otundan milyonlar qazanacaq