- Dünya çempionatı
- 22:35 11.07.2026
Argentina millisinin sabiq hücumçusu Karlos Teves dünya çempionatının dörddəbir finalında İsveçrəyə qarşı keçiriləcək oyun barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, Teves İsveçrə millisinin Argentina üçün asan rəqib olmayacağını bildirib.
"İsveçrə uzun illərdir birlikdə oynayan futbolçulardan qurulmuş, oturuşmuş komandadır. Onların dəqiq və etibarlı oyun sistemi var. Həm müdafiədə, həm də hücumda çox yaxşı çıxış edirlər. Bu komandaya qarşı oynamaq çox çətin olacaq", – deyə Karlos Teves bildirib.
Qeyd edək ki, Argentina və İsveçrə milliləri arasında dörddəbir final qarşılaşması iyulun 13-də keçiriləcək.