26 avqust 2026. Çərşənbə

Holann dünya çempionatında tarixi rekordu təkrarlaya bilər


Holann dünya çempionatında tarixi rekordu təkrarlaya bilər

Norveç millisinin hücumçusu Erlinq Holann dünya çempionatında nadir rekordlardan birini təkrarlaya bilər.

90deqiqe.Az-ın məlumatına görə, belə ki, İngiltərə millisinə qarşı keçiriləcək dörddəbir final görüşündə fərqlənəcəyi təqdirdə, Holann debüt etdiyi dünya çempionatında ardıcıl beş oyunda qol vuran futbolçular sırasına qoşulacaq.

Bu göstəriciyə sonuncu dəfə Kolumbiya millisinin sabiq hücumçusu Xames Rodriges nail olmuşdu. O, 2014-cü il dünya çempionatında keçirdiyi ilk beş qarşılaşmanın hamısında rəqib qapısına yol tapmışdı.

Erlinq Holann 2026-cı il dünya çempionatında indiyədək İraq, Seneqal, Kot-d'İvuar və Braziliya millilərinə qol vurub.







Dünya çempionatı

“O, tarixdə ən yaxşı futbolçudur”
  • Dünya çempionatı
  • 23:59 19.08.2026
“O, tarixdə ən yaxşı futbolçudur”