13 avqust 2026. Cümə axşamı

Maldini federasiyada çalışacaq


Maldini federasiyada çalışacaq

İtaliya millisinin sabiq kapitanı Paolo Maldini İtaliya Futbol Federasiyasının texniki direktoru təyin olunub.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə qurumun rəsmi açıqlamasında bildirilib.

Maldininin köməkçisi vəzifəsini isə "Milan"ın sabiq futbolçusu, skautu, məşqçisi və texniki direktoru olmuş Leonardo icra edəcək.

Xatırladaq ki, İtaliya millisi 2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-offun finalında Bosniya və Herseqovinaya uduzub. İki oyunun yekununda hesab bərabər olsa da (1:1), penaltilər seriyasında rəqib 4:1 hesabı ilə üstün olub.

Bu uğursuzluqdan sonra yığmanın baş məşqçisi Cennaro Qattuzo vəzifəsindən uzaqlaşdırılıb.

Qeyd edək ki, İtaliya millisi sonuncu dəfə dünya çempionatında 2014-cü ildə iştirak edib və həmin turnirdə qrup mərhələsindən irəli gedə bilməyib.

İtaliya millisi dördqat dünya çempionudur. Komanda bu titulu 1934, 1938, 1982 və 2006-cı illərdə qazanıb.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı