- Dünya çempionatı
- 23:45 11.07.2026
Mərakeş milli komandasının yarımmüdafiəçisi Əzzəddin Unahi karyerasını Niderlandın "Ayaks" klubunda davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, Amsterdam təmsilçisi, futbolçunun tərəfi və "Jirona" mümkün transferlə bağlı danışıqları fəal şəkildə davam etdirirlər. Mərakeşli futbolçunun müqaviləsində 25 milyon avro məbləğində sərbəstqalma bəndi yer alsa da, "Ayaks" bu məbləğin aşağı salınmasına çalışır.
Xatırladaq ki, Unahi ötən mövsüm "Jirona" ilə birlikdə İspaniya yüksək liqasını tərk edib. O, bir il əvvəl Kataloniya klubuna transfer olunmuşdu. Daha əvvəl isə "Anje", "Marsel", "Panatinaikos" və digər komandalarda çıxış edib.
Mərakeş millisi 2026-cı il dünya çempionatında dörddəbir finala qədər irəliləsə də, bu mərhələdə Fransaya 0:2 hesabı ilə məğlub olub. Əzzəddin Unahi baş məşqçi Məhəmməd Uahbinin komandasının əsas heyətində çıxış edən vacib futbolçulardan biri idi.