12 iyul 2026. Bazar günü

Bellinqem və Keyn İngiltərə millisinin tarixinə düşdülər


Bellinqem və Keyn İngiltərə millisinin tarixinə düşdülər

İngiltərə millisinin yarımmüdafiəçisi Cude Bellinqem 2026-cı il dünya çempionatının dörddəbir finalında Norveçə qarşı keçirilən oyunun ilk hissəsinə əlavə olunmuş vaxtda vurduğu qolla ölkə futbolu tarixinə düşüb.

90deqiqe.Az xəbər verir ki, xəbər verir ki, Bellinqem komanda yoldaşı Harri Keyn ilə birlikdə dünya çempionatlarında İngiltərə millisinin indiyədək nail olmadığı göstəriciyə imza atıb.

Belə ki, ilk dəfə olaraq dünya çempionatının bir buraxılışı ərzində İngiltərə millisinin iki futbolçusu beş və daha çox qol vurmağı bacarıb.

Hazırda Bellinqemin hesabında beş, Keynin isə altı qol var. Bununla da hər iki futbolçu İngiltərə millisinin dünya çempionatları tarixində yeni milli rekord müəyyənləşdirib.

Qeyd edək ki, qarşılaşma İngiltərə millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.







Dünya çempionatı

Maldini federasiyada çalışacaq
  • Dünya çempionatı
  • 23:24 11.07.2026
Maldini federasiyada çalışacaq
"İsveçrə Argentinaya çətin anlar yaşadacaq"
  • Dünya çempionatı
  • 21:32 11.07.2026
"İsveçrə Argentinaya çətin anlar yaşadacaq"
"Bizi müqayisə etmək düzgün deyil"
  • Dünya çempionatı
  • 18:43 11.07.2026
"Bizi müqayisə etmək düzgün deyil"