11 avqust 2026. Çərşənbə axşamı

Argentina əlavə vaxtda İsveçrəni məğlub edib yarımfinala yüksəldi


Argentina əlavə vaxtda İsveçrəni məğlub edib yarımfinala yüksəldi

Futbol üzrə dünya çempionatında yarımfinala yüksələn növbəti komanda müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, Kanzas stadionunda keçirilən 1/4 final mərhələsinin qarşılaşmasında Argentina millisi İsveçrəni əlavə vaxtda 3:1 hesabı ilə məğlub edərək adını növbəti mərhələyə yazdırıb.

Oyunda hesabı 10-cu dəqiqədə Aleksis Makallister açsa da, İsveçrə yığması 67-ci dəqiqədə Dan Ndoyenin qolu ilə tarazlığı bərpa edib. Əsas vaxt 1:1 hesabı ilə başa çatdığından qalib əlavə 30 dəqiqədə müəyyənləşib.

Əlavə vaxtda üstün oyun nümayiş etdirən argentinalılar 112-ci dəqiqədə Xulian Alvaresin, 120+1-ci dəqiqədə isə Lautaro Martinesin qolları ilə qələbəni rəsmiləşdiriblər.

Bu nəticədən sonra Argentina dünya çempionatının yarımfinalına yüksəlib. Cənubi Amerika təmsilçisi finala gedən yolda İngiltərə millisi ilə qarşılaşacaq.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər