- Dünya çempionatı
- 18:21 12.07.2026
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
90deqiqe.Az xəbər verir ki, 1/4 final mərhələsinin son qarşılaşmasının ardından növbəti raundun cütləri dəqiqləşib. Final uğrunda mübarizədə Avropanın üç nəhəngi və Cənubi Amerikanın təmsilçisi üz-üzə gələcək.
Yarımfinal mərhələsinin oyun cədvəli belədir:
14 iyul
23:00. Fransa – İspaniya
15 iyul
23:00. İngiltərə – Argentina
Qeyd edək ki, dünya çempionatında üçüncü yer uğrunda görüş və final qarşılaşması iyulun 19-da keçiriləcək. Mundialın qalibi məhz həmin gün müəyyənləşəcək.