12 iyul 2026. Bazar günü

Dünya çempionatında uğursuz çıxışdan sonra Seneqal millisinin baş məşqçisi vəzifəsindən ayrıldı


Dünya çempionatında uğursuz çıxışdan sonra Seneqal millisinin baş məşqçisi vəzifəsindən ayrıldı

2026-cı il dünya çempionatında Belçikaya məğlub olaraq mübarizəni dayandıran Seneqal millisində baş məşqçi dəyişikliyi baş verib.

90deqiqe.Az xəbər verir ki, Seneqal Futbol Federasiyası Pape Tiavın vəzifəsindən azad edildiyini açıqlayıb.

Bildirilib ki, 45 yaşlı mütəxəssislə milli komandanın çıxışının nəticələri və gələcək perspektivləri hərtərəfli qiymətləndirildikdən sonra yollar ayrılıb.

Qeyd edək ki, Seneqal millisi dünya çempionatının qrup mərhələsində Fransa və Norveçə məğlub olub, İraq üzərində qələbə qazanaraq ən yaxşı üçüncü yerlərdən biri kimi mübarizəni davam etdirmək hüququ əldə etmişdi.

Komanda otuzikilik mərhələsində Belçikaya uduzaraq dünya çempionatı ilə vidalaşmışdı.

Seneqal Futbol Federasiyasının açıqlamasında deyilir: "Milli komandanın idman nəticələri və gələcək inkişafı ilə bağlı aparılan hərtərəfli qiymətləndirmədən sonra Pape Tiav vəzifəsindən azad edilib".







Dünya çempionatı

Maldini federasiyada çalışacaq
  • Dünya çempionatı
  • 23:24 11.07.2026
Maldini federasiyada çalışacaq