- Dünya çempionatı
- 23:58 12.07.2026
Seneqal Futbol Federasiyası milli komandanın yeni baş məşqçisinin axtarışına başlayıb.
90deqiqe.Az-ın məlumatına görə, dünya çempionatının onaltıdabir final mərhələsində mübarizəni dayandırdıqdan sonra vəzifəsindən azad edilən Pape Tiavın yerinə əsas namizədlərdən biri Patrik Vieyradır.
Məlumata görə, fransalı mütəxəssis daha əvvəl "Kristal Pelas", "Cenoa" və "Nyu-York Siti" komandalarına rəhbərlik edib.
Patrik Vieyra futbolçu karyerası ərzində isə "Arsenal", "İnter", "Mançester Siti" və digər tanınmış klubların formasını geyinib.
Qeyd edək ki, Pape Tiav 2024-cü ildən Seneqal millisinin baş məşqçisi idi. Onun rəhbərliyi altında komanda Afrika Millətlər Kubokunun qalibi olmuşdu.