11 avqust 2026. Çərşənbə axşamı

Uruqvay millisinin yeni baş məşqçisi bəlli oldu


Uruqvay millisinin yeni baş məşqçisi bəlli oldu

Uruqvay Futbol Federasiyası milli komandanın baş məşqçisi postunda dəyişiklik edib.

90deqiqe.Az-ın məlumatına görə, Federasiya komandanın sükanı arxasına vaxtilə Uruqvay futbolunun ən böyük simalarından biri hesab olunan Dieqo Forlanı gətirib.

47 yaşlı mütəxəssis milli komandada müvəqqəti baş məşqçi kimi fəaliyyət göstərəcək. Onun müqaviləsi 2027-ci ilin mart ayınadək nəzərdə tutulub.

Qeyd edək ki, 2026-cı il dünya çempionatında qrup mərhələsini keçə bilməyən Uruqvay yığmasında Marselo Byelsa ilə yollar ayrılıb.

Əlavə edək ki, Dieqo Forlan 2019-cu ildə futbolçu karyerasını başa vurduqdan sonra məşqçilik fəaliyyətinə başlayıb. O, 2020-ci ildə "Penarol", 2021-ci ildə isə "CA Atenas" klublarını çalışdırıb.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər