13 iyul 2026. Bazar ertəsi

"Messi bəzən komandasının zəif nöqtəsinə çevrilir"


"Messi bəzən komandasının zəif nöqtəsinə çevrilir"

"Mançester Yunayted"in sabiq futbolçusu Ueyn Runi Argentina millisinin hücumçusu Lionel Messinin müdafiədəki oyununu və bunu necə kompensasiya etdiyini dəyərləndirib.

90deqiqe.Az-ın “BBC”ə istinadən məlumatına görə, Runi bildirib ki, Messi bəzən Argentina millisinin müdafiə olunarkən zəif nöqtəsinə çevrilir. Onun sözlərinə görə, ulduz futbolçu geriyə çox qaçmasa da, vacib məqamlarda komandasına böyük fayda verir.

"Messi bəzən müdafiə zamanı Argentina millisinin zəif nöqtəsi olur. O, geriyə qayıtmır, amma buna baxmayaraq, bəzi epizodlarda çox yaxşı müdafiə olunur. Bu baxımdan o, Cud Belinqemi xatırladır. Messinin ən böyük üstünlüyü düzgün qərarları vaxtında verməsidir. O, oyunun həlledici anlarında prosesə qoşulur və bunu çox ağıllı şəkildə edir. Messinin əsas keyfiyyətləri yüksək diqqət və komanda ilə uyğunlaşmaq bacarığıdır. Belə olan halda komanda yoldaşların sənin adətən oynamadığın mövqeni də rahatlıqla sığortalaya bilir", - deyə Runi vurğulayıb.







Dünya çempionatı