11 avqust 2026. Çərşənbə axşamı

"Mənə ən çox Joan Qarsiya və David Raya bənzəyir"


"Mənə ən çox Joan Qarsiya və David Raya bənzəyir"

İspaniya millisinin və Madrid "Real"ının sabiq qapıçısı İker Kasilyas müasir futbolun özünə ən çox bənzəyən qolkiperləri barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, Kasilyas bildirib ki, oyun üslubu baxımından özünü daha çox "Barselona"nın qapıçısı Joan Qarsiya və "Arsenal"ın qolkiperi David Raya ilə müqayisə edir.

"Düşünürəm ki, Joan Qarsiya və ya David Raya mənə daha çox bənzəyir. Onlar Canluici Donnarumma, Tibo Kurtua və ya Manuel Noyer kimi hündür qapıçılar deyillər. Amma çox cəld və sürətlidirlər", - deyə sabiq qolkiper bildirib.

Kasilyas vurğulayıb ki, onun əsas üstünlüyü zərbələrə çevik reaksiya verməsi olub:

"Mən hündürboy qapıçı deyildim, boyum 185 santimetr idi. Fiziki göstəricilərim rəqiblərim qədər təsirli olmasa da, bunu sürətim və çevikliyimlə kompensasiya edirdim".

Qeyd edək ki, İker Kasilyas 2020-ci ildə peşəkar futbolçu karyerasını başa vurub. O, İspaniya millisi ilə iki dəfə Avropa çempionu, bir dəfə isə dünya çempionu olub. Kasilyas klub səviyyəsində Madrid "Real"ı ilə 18, "Portu" ilə isə 4 titul qazanıb.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər