28 avqust 2026. Cümə

Slaven Biliç yenidən Xorvatiya millisinin baş məşqçisi oldu


Slaven Biliç yenidən Xorvatiya millisinin baş məşqçisi oldu

Xorvatiya milli futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

90deqiqe.Az Xorvatiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, yığma Slaven Biliçə tapşırılıb. 57 yaşlı mütəxəssis bu vəzifədə Zlatko Daliçi əvəzləyib.

Slaven Biliç üçün bu, Xorvatiya millisində ikinci iş dönəmi olacaq. O, daha əvvəl 2006–2012-ci illərdə də yığmanın baş məşqçisi kimi fəaliyyət göstərib.

Xatırladaq ki, Xorvatiya millisi son dünya çempionatında 1/16 final mərhələsində Portuqaliyaya 1:2 hesabı ilə məğlub olaraq turnirlə erkən vidalaşıb. Bu nəticədən sonra Xorvatiya Futbol İttifaqı baş məşqçi postunda dəyişiklik etmək qərarına gəlib.







Dünya çempionatı

UEFA İnfantinoya qarşı namizəd hazırlayır
  • Dünya çempionatı
  • 23:09 27.08.2026
UEFA İnfantinoya qarşı namizəd hazırlayır
“O, tarixdə ən yaxşı futbolçudur”
  • Dünya çempionatı
  • 23:59 19.08.2026
“O, tarixdə ən yaxşı futbolçudur”