28 avqust 2026. Cümə

Kurtuanın zədəsi ilə bağlı sevindirici xəbər


Kurtuanın zədəsi ilə bağlı sevindirici xəbər

Belçika millisinin qapıçısı Tibo Kurtua İspaniyaya qarşı dünya çempionatının dörddəbir final oyununda zədələnərək meydanı vaxtından əvvəl tərk edib.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli qapıçı tibbi müayinədən keçib və nəticələr ciddi zədə ehtimalını istisna edib.

Bildirilib ki, Kurtua istirahətini başa vurduqdan sonra yenidən komandasına qoşulacaq. Bu isə onun yeni mövsümə Madrid "Real"ının heyətində vaxtında başlayacağını göstərir.

Qeyd edək ki, daha əvvəl mətbuatda yayılan məlumatlarda qapıçının iki aya qədər yaşıl meydanlardan kənarda qala biləcəyi iddia olunurdu. Lakin tibbi müayinənin nəticələri bu ehtimalı təsdiqləməyib.

Xatırladaq ki, Belçika millisi dünya çempionatının dörddəbir final mərhələsində İspaniyaya 1:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.







Dünya çempionatı

UEFA İnfantinoya qarşı namizəd hazırlayır
  • Dünya çempionatı
  • 23:09 27.08.2026
UEFA İnfantinoya qarşı namizəd hazırlayır
“O, tarixdə ən yaxşı futbolçudur”
  • Dünya çempionatı
  • 23:59 19.08.2026
“O, tarixdə ən yaxşı futbolçudur”