14 iyul 2026. Çərşənbə axşamı

"Fransanı məğlub edib finala yüksələ bilərik"


"Fransanı məğlub edib finala yüksələ bilərik"

İspaniya millisinin kapitanı Rodri dünya çempionatının yarımfinalında Fransa ilə keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, yarımmüdafiəçi rəqibin turnirin ən güclü komandalarından biri olduğunu vurğulasa da, İspaniyanın finala yüksəlmək gücündə olduğunu bildirib.

"Fransa bu turnirin ən yaxşı komandalarından biridir və hazırda çox yaxşı formadadır. Ancaq İspaniya da eyni səviyyədədir. Biz onları məğlub edə bilərik. Bunu Avropa çempionatında və Millətlər Liqasında artıq göstərmişik"

Kapitan qarşıdakı qarşılaşmanın əvvəlki məhsuldar oyunlardan fərqlənəcəyini də qeyd edib.

"Fransanın güclü hücum xətti var, lakin müdafiəsini də xüsusi qeyd edərdim. Oyunu özümüzə sərf edən istiqamətə yönəltməliyik. Hər oyun ötən il olduğu kimi 5:4 hesabı ilə başa çatmır və bu nəticə bizi aldatmamalıdır"

Rodrinin sözlərinə görə, dünya çempionatında rəqabət daha sərtdir və belə görüşlərdə oyuna nəzarət əsas amillərdən biridir.

"Bizi daha güclü rəqib gözləyir və belə komandaya qarşı qol vurmaq daha çətin olacaq. Dünya çempionatı fərqli yarışdır. Oyuna daha çox nəzarət etməliyik. Turnirin ən güclü komandalarından birinə qarşı böyük sınaq bizi gözləyir və bunu səbirsizliklə gözləyirik"

Qeyd edək ki, İspaniya – Fransa yarımfinal görüşü iyulun 14-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.







Dünya çempionatı

"Yamal hər oyunda üç qol vurmalı deyil"
  • Dünya çempionatı
  • 23:56 13.07.2026
"Yamal hər oyunda üç qol vurmalı deyil"
Lionel Messi mundialda yeni rekorda imza atdı
  • Dünya çempionatı
  • 23:13 13.07.2026
Lionel Messi mundialda yeni rekorda imza atdı