14 iyul 2026. Çərşənbə axşamı

Andrea Pirlo İtaliya millisinin baş məşqçiliyinə əsas namizəd oldu


Andrea Pirlo İtaliya millisinin baş məşqçiliyinə əsas namizəd oldu

Andrea Pirlo İtaliya millisinin baş məşqçisi vəzifəsinə əsas namizəd hesab olunur.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumata görə, Paolo Maldininin milli komandaya texniki direktor təyin olunmasından sonra yeni baş məşqçinin müəyyənləşdirilməsi prosesi sürətlənib. Bildirilir ki, məhz Maldini və onun müşaviri Leonardo sentyabrda başlayacaq Millətlər Liqası ərəfəsində yığmanın yeni çalışdırıcısını seçəcəklər.

Daha əvvəl bu posta Antonio Konte və Roberto Mançini əsas namizədlər kimi göstərilirdi. Həmçinin Xosep Qvardiolanın da mümkün namizədliyi müzakirə olunmuşdu.

Hazırda 47 yaşlı Pirlo Birləşmiş Ərəb Əmirliklərinin "Yunayted" klubuna rəhbərlik edir. O, məşqçilik karyerası ərzində "Yuventus", "Fatih Karagümrük" və "Sampdoriya"nı da çalışdırıb. Pirlo "Yuventus"un baş məşqçisi olduğu dövrdə, 2020/2021 mövsümündə komandanı İtaliya Kubokunun qalibi edib.

Qeyd olunur ki, Maldini və Leonardo "Milan"da birlikdə çalışdıqları dövrdən Pirlonu yaxından tanıyırlar. Hətta 2023-cü ildə Maldini onu "Milan"ın baş məşqçisi vəzifəsinə namizədlərdən biri kimi dəyərləndirmişdi.

Mənbənin iddiasına görə, Pirlonun digər üstünlüyü maliyyə tələblərinin digər namizədlərlə müqayisədə xeyli aşağı olmasıdır.







Dünya çempionatı

"Yamal hər oyunda üç qol vurmalı deyil"
  • Dünya çempionatı
  • 23:56 13.07.2026
"Yamal hər oyunda üç qol vurmalı deyil"
Lionel Messi mundialda yeni rekorda imza atdı
  • Dünya çempionatı
  • 23:13 13.07.2026
Lionel Messi mundialda yeni rekorda imza atdı