- Dünya çempionatı
- 23:56 13.07.2026
Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatında maraqlı göstərici ilə diqqət çəkib.
90deqiqe.Az-ın “Opta Joe”yə istinadən məlumatına görə, ulduz futbolçu turnirdə bir oyunda piyada 5 kilometrdən çox məsafə qət edən yeganə hücumçu olub.
Bildirilib ki, belə hal cari dünya çempionatında iki dəfə qeydə alınıb. Messi 1/16 final mərhələsində Kabo-Verde ilə qarşılaşmada 5,2 kilometr, İsveçrə ilə oyunda isə 5,3 kilometr məsafə qət edib.
Hazırda 39 yaşlı hücumçu dünya çempionatının bombardirlər siyahısında 8 qolla liderdir. Bundan əlavə, Messi mundiallar tarixinin ən məhsuldar futbolçusu hesab olunur. Onun hesabında dünya çempionatlarında 21 qol var.
Argentina millisi ilə birlikdə yarımfinala yüksələn Messi növbəti mərhələdə İngiltərə yığmasına qarşı mübarizə aparacaq. Dünya çempionatının yarımfinal görüşü iyulun 15-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.