14 iyul 2026. Çərşənbə axşamı

"Yamal hər oyunda üç qol vurmalı deyil"


"Yamal hər oyunda üç qol vurmalı deyil"

İspaniya millisinin yarımmüdafiəçisi Aleks Baena dünya çempionatının yarımfinalında Fransa ilə qarşılaşma öncəsi Lamin Yamal haqqında danışıb.

90deqiqe.Az-ın “RNE Deportes”ə istinadən məlumatına görə, yarımmüdafiəçinin fikrincə, "Barselona"nın cinah hücumçusunun çıxışı yalnız vurduğu qollarla qiymətləndirilməməlidir.

"Ümid edirəm ki, Lamin indiyədək göstərdiyi oyunu davam etdirəcək. Əgər qol və ya həlledici ötürmə ilə komandamıza kömək etsə, daha yaxşı olar. Amma hesab edirəm ki, o, möhtəşəm turnir keçirir"

"İnsanlar ondan hər oyunda üç qol vurmasını gözləyə bilər və Yamal həqiqətən də bunu bacaracaq potensiala malikdir. Lakin o, komandaya müdafiədə də böyük kömək edir"

Baenanın sözlərinə görə, Yamal meydanda çoxsaylı faydalı işlər görür və bunlar bəzən diqqətdən kənarda qala bilər.

"Onun meydanda etdiyi bir çox şey görünməyə bilər. Amma mənim fikrimcə, Lamin əla dünya çempionatı keçirir"

Qeyd edək ki, 19 yaşlı Lamin Yamal cari dünya çempionatında İspaniya millisinin bütün oyunlarında iştirak edib. O, turnirdə bir qol vurub və beş məhsuldar ötürmə edib. Bundan əlavə, Yamal uğurlu driblinqlərin sayına görə yarışın lideridir.

İspaniya və Fransa milliləri arasında yarımfinal görüşü iyulun 14-də keçiriləcək.







Dünya çempionatı

"Yamal hər oyunda üç qol vurmalı deyil"
  • Dünya çempionatı
  • 23:56 13.07.2026
"Yamal hər oyunda üç qol vurmalı deyil"
Lionel Messi mundialda yeni rekorda imza atdı
  • Dünya çempionatı
  • 23:13 13.07.2026
Lionel Messi mundialda yeni rekorda imza atdı