29 avqust 2026. Şənbə

FİFA final oyununda futbol qaydalarından kənara çıxacaq


FİFA final oyununda futbol qaydalarından kənara çıxacaq

FİFA futbol qaydalarından kənara çıxaraq dünya çempionatının final oyununda taymlararası fasiləni 30 dəqiqəyədək uzatmağı planlaşdırır.

90deqiqe.Az-ın “The Times”a istinadən məlumatına görə, buna səbəb fasilə zamanı azarkeşlər üçün möhtəşəm əyləncə proqramının təşkil ediləcək olmasıdır.

Dünya çempionatının final görüşü iyulun 19-da, bazar günü keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Kubok uğrunda Fransa – İspaniya və İngiltərə – Argentina yarımfinal cütlərinin qalibləri mübarizə aparacaqlar.

Hazırda dünya çempionu Argentina millisidir. Komanda 2022-ci il dünya çempionatının finalında Fransa yığmasını əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatan oyundan sonra keçirilən penaltilər seriyasında məğlub edərək çempion olmuşdu.







Dünya çempionatı

UEFA İnfantinoya qarşı namizəd hazırlayır
  • Dünya çempionatı
  • 23:09 27.08.2026
UEFA İnfantinoya qarşı namizəd hazırlayır
“O, tarixdə ən yaxşı futbolçudur”
  • Dünya çempionatı
  • 23:59 19.08.2026
“O, tarixdə ən yaxşı futbolçudur”