29 avqust 2026. Şənbə

Kilian Mbappe Uqo Lyorisin rekordunu geridə qoydu


Kilian Mbappe Uqo Lyorisin rekordunu geridə qoydu

Fransa millisinin hücumçusu Kilian Mbappe 2026-cı il dünya çempionatının yarımfinalında İspaniyaya qarşı keçirilən oyunda meydana çıxmaqla milli komandanın tarixinə düşüb.

90deqiqe.Az-ın məlumatına görə, belə ki, bu görüş Mbappe üçün dünya çempionatları tarixində 21-ci oyun olub. Bununla da o, bu göstəricidə Fransa millisinin sabiq qapıçısı Uqo Lyorisi geridə qoyaraq yeni rekordun sahibi olub.

İspaniya millisi turnirin 1/4 final mərhələsində Belçikanı 2:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlmişdi. Fransa isə Mərakeş üzərində 2:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə adlamışdı.

Dünya çempionatının digər yarımfinal qarşılaşmasında Argentina və İngiltərə milliləri üz-üzə gələcəklər.

2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilir. Turnirin final oyunu ABŞ-nin İst-Raterford şəhərində baş tutacaq. Hazırkı dünya çempionu Argentina millisidir.







Dünya çempionatı

UEFA İnfantinoya qarşı namizəd hazırlayır
  • Dünya çempionatı
  • 23:09 27.08.2026
UEFA İnfantinoya qarşı namizəd hazırlayır
“O, tarixdə ən yaxşı futbolçudur”
  • Dünya çempionatı
  • 23:59 19.08.2026
“O, tarixdə ən yaxşı futbolçudur”